Yaponiyalı professorlarla görüş keçirildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə Yaponyanın Saitama Universitetinin nəzdnində fəaliyyət göstərən İctimai və Sosial Elmlər Ali Təhsil Məktəbinin professorları Makoto Nagasawa və Seiichiro Nakabayashi ilə görüşmüşdür.
A.Mustafazadə qonaqları institutun fəaliyyəti ilə tanış etmiş, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi probleminə toxunmuş, eləcə də münaqişə barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılmasının vacibliyini qeyd etmişdir.
Görüş zamanı hüquq elminin müxtəlif sahələrindən, informasiya və kibertəhlükəsizlik, habelə bioetika və bu sahədə qanun yaradıcılığının gələcək inkişafı və insan hüquqlarının təmin olunması mövzusuna toxunmuş, eyni zamanda ən aktual məsələlərdən biri olan süni intellektin işlənməsi və tətbiqi, eləcə də gələcəkdə bu texnologiyanı tənzimləməli olan qanunlar ətrafında fikir mübadiləsi aparılmış, tərəflər arasında gələcək perspektivlər müzakirə olunmuşdur.


Dərc olunub : 28-03-2019

Oxunma sayı : 17