Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin icraçı direktoru Samir Mahmudov tabeliyində fəaliyyətə başlamış “Hüquq və İnsan Haqları İnstitutu”nun yeni təyin olunmuş rəhbərini kollektivə təqdim etdi. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə kollektivi salamlayaraq əməkdaşları yeni yaradılmış təşkilatın Nizamnaməsində qeyd olunan istiqamətlərlə tanış etdi və qarşıda duran planlara, yeniliklərə aydınlıq gətirdi.
İnstitutun publik hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı yarandığından bu xüsusda beynəlxalq layihələrdə iştirak etməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığı gələcək planlarına daxil edilib.
Kollektiv idarəçilik və təklif edilən strukturla tanış oldu. Daha sonra əməkdaşların fəal iştirak etdiyi sorğunun nəticələri müzakirə olundu. Səs çoxluğu ilə institutda əmək haqlarının qaldırılmasına, dil kurslarının təşkilinə və müxtəlif tədbirlərin keçirilməsi ehtiyac olunduğu vurğulandı.
Gələcəkdə institutun səmərəli şəkildə fəaliyyət göstərməsi üçün rəhbərlik kollektivə tövsiyələrini və tapşırıqlarını verdi. Kitabxananın zənginləşdirilməsi, xarici ekspertlərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi və beynəlxalq institutların təcrübəsinin öyrənilməsi məsələsinin vacibliyi vurğulandı.




Dərc olunub : 2022-10-12 15:05:00
Oxunma sayı : 57