İnstitutda Ali Məhkəmənin sabiq hakimi Vəfaddin İbayevlə görüş keçirilmişdir

3 noyabr tarixində Hüquq və  İnsan Haqları İnstitutunda Ali Məhkəmənin sabiq hakimi Vəfaddin İbayevlə gorüş keçirilmişdir. Görüşdə  İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında  konvensiya, Konvensiyanın 5-ci maddəsi ilə bağlı pozuntular  və  Avropa Məhkəməsinin  bu maddə ilə baxılan işlərdə  Azərbaycana qarşı qərarlarının təhlili, şəxs toxunulmazlığı hüququ sahəsində (Nağıyev, Qarayev, Şəntürk və.b) konkret təhlillər və müzakirələr aparılmışdır.
Məruzəçi bildirmişdir ki, Azərbaycan 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsinin haqqında ən çox qərar çıxardığı 5 ölkədən biri olub. Qərarlara görə, ən çox pozulan hüquq azadlıq və toxunulmazlıq (Maddə 5) və ədalətli məhkəmə araşdırması (Maddə 6) hüququdur. Həmçinin o qeyd etmişdir ki, 2022-ci ildə 66 qərar Azərbaycana qarşı insan hüquqlarının pozulması ilə tətbiq edilmişdir.
Görüşdə son dövrlərdə ictimai asayişin qorunmasına məsul olan polis işçiləri tərəfindən KİV işçilərinin müxtəlif hüquqlarının pozulduğu, eyni zamanda deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxslərlə bağlı da məlumat verilmişdir.




Dərc olunub : 2022-11-03 12:24:00
Oxunma sayı : 39