Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə görüş keçirildi

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə ilə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev arasında işgüzar görüş keçirilib. Görüşdə gündəlikdə olan cari və perspektiv işlər gözdən keçirilərək, gələcəkdə də davam etdiriləcək qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə institutun direktoru Aytən xanım Mustafazadə Hüquq və İnsan Haqları İnstitutunun yaranması və fəaliyyət istiqamətlərindən bəhs edərək, Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin apardığı elmi araşdırmaları xüsusi olaraq vurğulayıb.
Vladimir Gjorgjiev Azərbaycanın yaşadığı konfliktlə əlaqədar olaraq xeyli miqdarda qaçqın və miqrantlara sahib olduğunu bildirmiş, Azərbaycanda mürəkkəb bir vəziyyətin mövcudluğunu və bu baxımdan bu prespektivin uğuruna inandığını, Beynəlxalq Miqrasiya Təşkilatının yeni layihəsi olan Beynəlxalq Trenniq Mərkəzinin yaradılacağını və bu layihənin ölkə üçün uğurlu olacağına inandığını qeyd etmişdir.
İnstitutumuzun “Əcnəbilərin hüquqları və Miqrasiya” şöbəsinin müdiri Rasim Ağasiyev təklif etdi ki, Hüquq və İnsan Haqları İnstitutu və Beynəlxalq Miqrasiya Təşkilatı birgə layihə həyata keçirsin, bu istiqamətdə miqrantların vəziyyəti elmi tərəfdən araşdırılsın və qanun layihəsi olaraq Milli Məclisə təklif olaraq təqdim edilsin.
Daha sonra 2014-cü ildə Hüquq və İnsan Haqları İnstitutu ilə Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşlıq sənədinin vaxtının uzadılması və sənədə yeni bəndlərin əlavə olunması ilə bağlı söhbətlər aparıldı.


Dərc olunub : 06-03-2020

Oxunma sayı : 6