Əməkdaşımız Günay Əliyevanın yeni məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı Günay Səhhət qızı Əliyevanın "Azərbaycanın müstəqil hüquqi dövlət quruculuğunda Heydər Əliyevin dövlətçilik siyasəti" adlı məqaləsi dərc olunmuşdur. Məqalə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda keçirilən elmi-nəzəri konfransın materiallarına salınmışdır.
Məqalədə müstəqil Azərbaycan dövlətçiliyi haqqında ideya və fikirlərin Heydər Əliyevin müdrik siyasi-hüquqi düşüncələrinin zirvəsi olduğu, həmçinin yüksək insani keyfiyyətlərinə, dövləti mükəmməl idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə ulu öndərin dünyada nadir tarixi şəxsiyyətlər sırasında olduğu vurğulanır. Eyni zamanda, müstəqil Azərbaycan dövlətinin öz istiqlalına qovuşmasının məhz onun adı ilə bağlı olduğu bildirilir.
Müəllif Heydər Əliyevin zəngin maddi və mənəvi dəyərlərə əsaslanan milli dövlətçilik konsepsiyasının, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulan güclü Azərbaycan dövlətinin əsasını qoyduğunu xüsusi olaraq diqqətə çatdırır.




Dərc olunub : 2022-11-11 11:09:00
Oxunma sayı : 21