İnstitutun əməkdaşının yeni məqaləsi dərc olunub

İnstitutumuzun hüquq tədqiqatçısı İlham Malik oğlu Əliyevin “Судебная власть и осуществление правосудия” (Məhkəmə hakimiyyəti və ədalət mühakiməsinin həyata keçirilməsi) adlı məqaləsi dərc olunub. Məqalə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda təşkil etdiyi elmi-nəzəri konfransın materialları toplusuna salınıb.

Məqalədə məhkəmə sisteminin ən mühüm funksiyalarından biri olan sosial münaqişələrin həlli funksiyasından bəhs edilir. Müəllif ədalət mühakiməsinin gerçəkləşdirilməsi formasında məhkəmə hakimiyyətinin həyata keçirdiyi səlahiyyətləri nəzərdən keçirir. O, həmçinin, hüquqi ədəbiyyatda ədalət mühakiməsinin tərifinə, o cümlədən onun təşkilati və hüquqi prinsiplərinə toxunur. Qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti həm də hüquqi mübahisələrin həllinə xidmət edir. Faktiki olaraq Konstitusiyanın şərhi zamanı Əsas qanunun müəyyən müddəalarını müxtəlif cür dərk edən şəxslər və orqanlar arasında yaranan konfliktlər həll olunur.




Dərc olunub : 2023-05-02 14:46:00
Oxunma sayı : 46