Abbas İslamovun "İran teokratiyasının siyasi maraqları" başlıqlı məqaləsi dərc olunub
Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, tədqiqatçı-alim Abbas İslamovun Qafqaz Tarixi Mərkəzinin saytında "İran teokratiyasının siyasi maraqları" adlı məqaləsi dərc olunub.
Məqalədə tarixin müasir mərhələsində İranın Azərbaycan Respublikasına qarşı siyasətinin xüsusiyyətləri açıqlanır. Məqalədə bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin hərbi işğalının bütün dövrü ərzində İran rəhbərliyi Ermənistanın təcavüzünü sərt şəkildə pisləməkdən həmişə yayınıb. Eyni zamanda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhədlərinin zorla dəyişdirilməsinə məhəl qoymayıb. Bu gün isə Azərbaycan öz dövlət sərhədlərini bərpa etdiyi bir dövrdə, İran bunu regionda sərhədlərin Azərbaycan tərəfindən dəyişdirilməsi kimi qələmə verir. Həmçinin məqalədə İran hökumətinin Azərbaycana hərbi qüvvəsini nümayiş etdirdiyini və regionda Ermənistanın hərbi və siyasi müttəfiqi kimi çıxış etdiyi də qeyd olunur.
Dərc olunub : 14-11-2022
Oxunma sayı : 16