Afaq Sadıqovanın Elmi Xəbərlər jurnalında məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı Afaq Sadıqovanın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Elmi Xəbərlər jurnalının №1(33) 2022-ci il buraxılışında «Azərbaycan Respublikasında miqrasiya proseslərinin iştirakçıları və onların hüquqları» adlı məqaləsi dərc olunub.
Məqalədə göstərilir ki, müəllif Azərbaycan Respublikasında miqrasiya proseslərinin iştirakçıları və onların hüquqlarını araşdırır və təhlil edir.
Miqrasiya proseslərinin iştirakçılarına yeni anlayışın verilməsi, 2021-2026-cı illər üçün Dövlət Miqrasiya Siyasəti Proqramının qəbul edilməsi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin miqrasiya proseslərinin iştirakçısı kimi tanınması, həmçinin, AR Miqrasiya Məcəlləsinin “Əsas anlayışlar” adlı 3-cü maddəsinə əlavələrin edilməsinin qanunauyğun hesab edilməsi ilə bağlı təkliflər məqalədə öz əksini tapıb.




Dərc olunub : 2022-12-30 01:18:00
Oxunma sayı : 28