Emin Dadaşovun məqaləsi dərc edilib

İnstitutumuzun əməkdaşı Emin Dadaşovun “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.5-ci maddəsinin dəyişdirilməsinin zəruriliyi” adlı məqaləsi "Müasir Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin rolu” adlı respublika elmi-praktiki konfransının matreallar toplusuna salınmışdır.
Məqalədə göstərilir ki, mənzil, hüquq ədəbiyyatında və eləcə də təcrübədə tez-tez işlədilən "yaşayış sahəsi" ifadəsi ikimənalı səciyyə daşıyır. "Yaşayış sahəsi" ifadəsi sözün birinci mənasında "mənzil sahəsi", ikinci mənada isə “yaşayış sahəsi”, yəni mənzilin özünün sahəsi kimi işlədilir. Həmçinin, müəllif məqalədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsində öz əksini tapmış "vətəndaş" sözünün əvəzinə "fiziki şəxs" ifadəsindən istifadə edilməsinin daha düzgün olduğunu qeyd edir. O, qanunvericilikdə dəyişiklik edərək eyvanları da yaşayış sahəsinin ümumi sahəsinə daxil edilməsinin düzgün olduğunu vurğulayır. Bu səbəbdən müəllif təklif edir ki, AR Mənzil Məcəlləsinin 12.5-ci maddəsi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin: “Yaşayış sahəsinin ümumi sahəsi fiziki şəxslərin yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin, o cümlədən eyvanların sahəsi də daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir”.




Dərc olunub : 2022-12-07 00:44:00
Oxunma sayı : 19