Əməkdaşımızın Rusiyada impakt faktorlu jurnalda məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı Emin Dadaşovun “The Scientists view of point related to the concept of living space” (Yaşayiş sahəsinin anlayışı ilə bağlı alimlərin nöqteyi-nəzəri) adlı məqaləsi Rusiyada dərc edilmişdir. Məqalə dekabr ayının 5-də Penza şəhərində keçirilmiş “Hüquqşünaslıq, dövlət və hüquq: aktual məsələlər və müasir aspektlər” mövzusunda XI beynəlxalq elmi-praktik konfransın məqalələr toplusuna daxil edilmişdir.
Məqalədə qeyd olunur ki, hüquq ədəbiyyatında yaşayış sahəsinə verilən anlayışlarla bağlı məsələlər alimlər arasında indiyədək diskussiya xarakteri daşıyır. Azərbaycan qanunvericiliyində mənzil hüququnun obyekti olan yaşayiş sahəsinin anlayışı ilk dəfə 30 iyun 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsində öz əksini tapmışdır. Maddəyə əsasən, yaşayış sahəsi dedikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan ayrıca sahə başa düşülür.
Müəllif məqalədə AR Mənzil Məcəlləsinin 12.2-ci maddəsinin dəyişdirilərək "Yaşayış sahəsi dedikdə - AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və fiziki şəxslərin daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür" kimi yazılmasını məqsədəuyğun hesab edir.




Dərc olunub : 2022-12-13 20:45:00
Oxunma sayı : 15