Əməkdaşımızın məqaləsi Rusiyada dərc olunub

İnstitutumuzun əməkdaşı Emin Dadaşovun ingilis dilində “İnstitute of the Real Estate in the State and Legal History of France and England in the Middle Ages” (“Orta əsrlərdə Fransa və İngiltərənin dövlət və hüquq tarixində daşınmaz əmlak institutu”) adlı məqaləsi Rusiyada dərc edilmişdir. Məqalə noyabr ayının 14-də keçirilmiş “İqtisadiyyatın və hüquq elminin inkişafının aktual məsələləri” mövzusunda olan beynəlxalq elmi-praktik konfransın məqalələr toplusuna daxil edilmişdir.
Məqalədə erkən Orta əsrlər və həmçinin Orta əsrlər dövrünün qanunvericiliyinin qüvvədə olduğu müddət ərzində əşya hüquqlarının vahid sisteminə malik olmadığı vurğulanır. Qeyd edilir ki, həmin tarixi dövrlərdə (V-VIII və IX-XI əsrlər) obyektlərin bir-birindən əsaslı surətdə fərqlənən aşağıdakı iki kateqoriyası mövcud olmuşdur: daşınar əşyalar (daşınar əmlaklar) və daşınmaz əşyalar (daşınmaz əmlaklar).
Müəllif Orta əsrlərdə həm Fransada, həm də İngiltərədə daşınmaz əmlakın əsas obyektinin torpaq olduğunu bildirərək, bu iki ölkədə bəzi istisnalarla kəndlilərin torpaq üzərində mülkiyyət hüququnun olmadığını qeyd edir.




Dərc olunub : 2022-11-16 15:12:00
Oxunma sayı : 15