Əməkdaşımızın “Azərbaycan” qəzetində məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı Vüsalə Muradxanlının “Azərbaycan” qəzetinin 22 dekabr 2022-ci il tarixli buraxılışında “Ermənistan beynəlxalq hüququn prinsiplərini pozduğunu bildiyi halda xislətindən əl çəkmir” adlı məqaləsi dərc edilmişdir. Məqalədə qeyd olunur ki, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan qonşu ölkələrlə, o cümlədən Ermənistanla münasibətlərinin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasının və tənzimlənməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Buna baxmayaraq, Azərbaycan Ermənistanın təcavüzü məsələsinə beynəlxalq hüququn prinsipləri çərçivəsində baxılmasını tələb etdiyi halda, Ermənistan tərəfi "xalqların öz müqəddəratını təyinetmə" prinsipinə istinad edərək təcavüzkar müharibənin səbəblərini və nəticələrini öz üzərindən atmağa çalışır.
Məqaləni aşağıdakı linkə daxil olaraq ətraflı oxuya bilərsiniz.




Dərc olunub : 2022-12-23 11:10:00
Oxunma sayı : 16