Alimimizin məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı Sevinc Hüseynovanın “Ekoloji cinayətlərin ictimai təhlükəliliyi və hüquqi mahiyyəti” adlı məqaləsi dərc olunub. Məqalə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda keçirdiyi elmi-nəzəri konfransın materialları əsasında nəşr olunmuşdur.
Məqalədə ekoloji cinayətlərin ictimai təhlükəliliyinin kəmiyyət xarakteristikası, hüquqi mahiyyət məsələləri bu cinayətlərin ictimai təhlükəlilik dərəcəsi ilə ifadə olunur. Müəllif göstərir ki, ekoloji cinayət tərkibi ekoloji cinayət məsuliyyətinin əsası kimi çıxış edir, cinayətin tövsifini, ədalət mühakiməsini həyata keçirən orqan tərəfindən cəzanın növünün və həddinin seçilməsini təmin edir, habelə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə , qanunçuluğun qorunmasına və ona riayət edilməsinə xidmət edir.




Dərc olunub : 2022-11-15 10:37:00
Oxunma sayı : 16