İnstitumuzun əməkdaşı korrupsiyaya qarşı mübarizə mövzusunda keçirilən beynəlxalq elmi tədbirdə iştirak edib

Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin dəvəti ilə İnstitutumuzun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin əməkdaşı, hüquq üzrə elmlər doktoru Nazim Əliyev “Korrupsiyaya qarşı səmərəli mübarizə iqtisadi fəaliyyətdə şəffaflığın təmin edilməsinin həlledici amili kimi” mövzusu üzrə videokonfrans formatında təşkil edilmiş beynəlxalq dəyirmi masa- müzakirədə iştirak edib.
Tədbiri giriş nitqi ilə unversitetin rektoru, professor M.A.Eskindarov açmış, daha sonra görüşdə Müstəqil Dövlətlər Birliyi ilə yanaşı, Avropa İttifaqının üzv dövlətlərinin və digər xarici ölkələrin korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsi üzrə mütəxəssislərinin, beynəlxalq ekspertlərin məruzələri dinlənilib.
Çirkli pulların yuyulması və korrupsiya halları ilə mübarizədə beynəlxalq əməkdaşlıq, iqtisadi fəaliyyət sferasında törədilən cinayətlərin istintaqı sahəsində perspektiv istiqamətlər, iqtisadi təhlükəsizliyin təmin edilməsinə nail olmaq məqsədi ilə korrupsiya cinayətlərinin və digər neqativ fəaliyyətin vaxtında aşkar olunması və qarşısının alınması üzrə peşəkar kadr hazırlığı məsələləri, bu sahədə analitiklərin hazırlanması və digər aktual mövzular üzrə müzakirələr aparılıb.


Dərc olunub : 31-03-2021

Oxunma sayı : 0