Məmməd Xələfovun 100 illik yubiley tədbiri keçirilmişdir

10 noyabr tarixində İnstitutumuzun əməkdaşı Səidə Həsənzadə Bakı Dövlət Universitetində görkəmli hüquqşünas alim, hüquq elmləri doktoru, professor Məmməd Xələfovun 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişdir.
Tədbirdə Məmməd Xələfovun Azərbaycanda hüquq elminin inkişafında, hüquqşünas kadrların hazırlanmasında əvəzsiz rol oynadığı, gələcək nəsillərə zəngin elmi irs qoyan örnək şəxsiyyət olduğu yubiley iştirakçılarının diqqətinə çatdırılmışdır. Eyni zamanda görkəmli alimin Xalq Cümhuriyyətinin süqutundan sonra hüquq elmində yaranmış problemlərin aradan qaldırılması istiqamətində apardığı araşdırmaların elmə bir töhfə olduğu bildirilmişdir.
Həmçinin, Məmməd Xələfovun Sovet dövrünün bürokratik əngəlləri şəraitində hüququn müxtəlif sahələrini ana dilində tədris edən müəllim kadrların hazırlanmasında böyük əzm göstərdiyi vurğulanmışdır. Məhz bu xidmətlərinə görə M.Xələfov bir sıra orden və medallarla təltif olunmuş və "Azərbaycanın Əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdür.




Dərc olunub : 2022-11-11 14:07:00
Oxunma sayı : 28