AMEA-nın İnsan Hüquqları İnstitutunun adı dəyişdirildi
AMEA İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Hüquq və İnsan Haqları İnstitutu adlandırılması haqqında AR Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu Hüquq və İnsan Haqları İnstitutu adlandırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2016-cı il.
Mənbə science.az
Dərc olunub : 26-05-2016
Oxunma sayı : 32