Aytən Mustafazadə ,Nazim Cəfərli: İslam hüququ

“İslam hüququ (insan hüquqları kontekstində)” adlı kitab islam və insan hüquq-ları və azadlıqları kontekstində işlənməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə ithaf olunmuşdur.

Kitabda şəriət və fiqh elminin mahiyyəti, əsas xüsusiyyətləri, islamın meydana gəlməsi ərəfəsində Ərəbistanda ictimai münasibətlərin tənzimlənməsinin vəziyyəti, islamın meydana gəlməsi ilə insan hüquq və azadlıqlarının təminatı sahəsində baş verən köklü dəyişikliklər tədqiq və təhlil edilir.

Habelə, islam hüququ sahəsində görkəmli alimlərin şəriətə və fiqhə dair əsər-lərinin şəriətin və fiqhin formalaşmasında rolu və əhəmiyyəti dəyərləndirilməklə sistemləşdirilmişdir.

Kitabda islam hüququnun tənzimlədiyi hüquq sahələri və tənzimləmənin özəl xüsusiyyətləri, dünyəvi hüququn tənzimləmə prinsipləri ilə dini tənzimləmənin nor-mativ bazaları və mənbələri arasındakı fərqlərin mahiyyəti açıqlanır. Ailə, əmlak, vərəsəlik, ticarət hüquqları, müsəlman cinayət hüququ, məhkəmə sistemi araşdırılır.

İslam və müasirlik baxımından yanaşılaraq islam hüququna əsaslanan beynəl-xalq və regional hüquqi sənədlər insan haqları baxımından şərh olunur.

Kitab islam hüququ ilə məşğul olan tədqiqatçılar, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün əhəmiyyətə malikdir.




Dərc olunub : 2018-01-26 17:22:00
Oxunma sayı : 61