Aytən Mustafazadə: “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri”

Bu monoqrafiya əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsinin bəzi aktual problemlərinə həsr olunmuşdur. Müəllif tərəfindən monoqrafiyada əlilliyi olan şəxslər cəmiyyətin sosial strukturunun ayrılmaz tərkib hissəsi, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsi isə müasir cəmiyyətin sosial problemlərindən biri kimi xarakterizə olunur, əlillik anlayışına kompleks-sosial yanaşma, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı mütərəqqi dünya təcrübəsi, əlilliyi olan şəxslərin əmək fəaliyyətinə cəlb olunmasının aktuallığı və əhəmiyyəti, əmək qanunvericili-yində əlilliyi olan şəxslərin əməyini tənzim edən normalar, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və əlilliyi olan şəxslər üçün iş yerlərinin kvotalaşdırılması, məşğulluq və işədüzəltmənin nəzəri aspektləri, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsinin anlayışı və əsas cəhətləri, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsi sahəsində inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsi ilə bağlı məsələlər ətraflı şəkildə araşdırılır, əmək bazarında əlilliyi olan şəxslərin qarşılaşdığı əsas problemlərə diqqət çəkilir və onların həlli yolları göstərilir.

Monoqrafiya əsas etibarilə hüquqşünaslar, ali təhsil müəssisələrinin hüquq fakültələrinin müəllimləri, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr, sosial təminat orqanlarının, habelə əhalinin sosial müdafiəsi məsələləri ilə məşğul olan digər təsisatların əməkdaşları, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi problemləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.


Dərc olunub : 18-12-2018

Oxunma sayı : 35