“Coca-Cola” şirkətinin əməkdaşları İnstitutda təqdimatla çıxış ediblər

İyulun 7-də Hüquq və İnsan Haqları İnstitutunda “Coca-Cola” şirkətinin əməkdaşları “Piar nədir”, “Etik davranış və qaydalara riayətetmə” mövzusunda təqdimatla çıxış ediblər.

Təqdimat “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev və regional hüquq məsləhətçisi, etik davranış qaydaları üzrə məsul şəxs Nargiza Albekova tərəfindən keçirilib.

Təqdimatda kommunikasiya auditoriyasının müəyyənləşdirilməsi, kommunikasiyanın strukturu, hədəf auditoriyası, sosial məsuliyyət məsələləri geniş müzakirə olunub. Həmçinin, qida məhsullarının seçiminə təhlükəsiz yanaşma, “Coca-Cola” şirkətinin öz daxili təlimatlar və prosedurlarının prinsiplərini yaratması, dünya ölkələrində liderlik qazanması, habelə etik davranış qaydalarına əməl etməsi məsələlərinə toxunulub. 

E.Fərzəliyev tərəfindən “Coca-Cola” şirkətinin dayanıqlı inkişaf strategiyasının tərkib hissələri olan ətraf mühitin mühafizəsi, qadınlara və gənclərə iqtisadi dəstək və digər mövzular barədə məlumat  verilib.

Müzakirələr zamanı İnstitut əməkdaşlarının sualları cavablandırılaraq maraqlı fikir mübadiləsi aparılıb.




Dərc olunub : 2023-07-07 18:31:00
Oxunma sayı : 156