Erməni mənbələrinin şübhə doğuran etibarlılığı

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, "Qafqaz Tarixi Mərkəzi"nin direktoru Rizvan Hüseynovun “İrs” jurnalında “Erməni mənbələrinin şübhə doğuran etibarlılığı” mövzusunda məqaləsi dərc edilib.
Müəllif Qafqaz və Ermənistan tarixini öyrənən alimlərin erməni orta əsr mənbələrinin sübut və həqiqiliyi ilə bağlı tənqidi məqalələrinin müqayisəli təhlilini verib. Oxucular erməni mənbələrinin böyük əksəriyyətinin tarixin öyrənilməsi üçün ciddi elmi vəsait ola bilməməsi barədə aydın fikir verməyə başlayırlar, çünki onların həqiqiliyi aparıcı mütəxəssislərin və elm adamlarının şübhələrini artırır.
R.Hüseynovun məqalədə göstərdiyi kimi, erməni mənbələrinin çoxsaylı açıq plagiat və tərcümə saxtakarlıqları ilə zənginliyinin bir daha əyani şahidi oluruq. Bununla yanaşı, erməni və hətta xarici alimlərin, tədqiqat mərkəzlərinin və bölgəmizin tarixinə dair tədris vəsaitlərinin müəyyən hissəsi bu saxta mənbələrə əsaslanaraq davam edirlər.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.


Dərc olunub : 17-02-2021

Oxunma sayı : 19