“Gündəlik həyatda insan hüquqları” və “Sosial mediada təhqir və böhtan” mövzularında təlim keçirilib

Noyabrın 2-də Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təlim keçiblər. “Gündəlik həyatda insan hüquqları” və “Sosial mediada təhqir və böhtan” mövzularında keçirilən təlimdə Təhsil Mərkəzinin 25 şagirdi iştirak edib.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və həmin şöbənin təlimçi-eksperti Heydər Əliyev tərəfindən aparılan təlimdə mövzu ilə yanaşı, şagirdlərə onların digər hüquqları (AR CM-in 89-cu və 90-cı maddələri), o cümlədən pis rəftardan, hörmətsiz münasibətdən və istismardan müdafiə üsulları izah olunub.  

Təlimdə uşaqların hüquq və azadlıqları, onların məsuliyyəti, məsuliyyət yaranan zaman etməli olduqları prosessual hərəkətlər, yetkinlik yaşına çatmayan uşaqlarla əmək müqaviləsinin bağlanması, həmçinin sərbəst fikir ifadəetmə, öz həyatı barədə rəy söyləmə və ictimai təşkilatlara qoşulma bacarıqlarının inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

 Təlim ekspertlərin şəxsin internet və virtual aləmdən istifadə öhdəlikləri, sosial şəbəkələrdə saxta profillər, sosial media kimliyi və mediada dürüstlük məsələləri haqqındakı çıxışları ilə yekunlaşıb.




Dərc olunub : 2023-11-02 09:23:00
Oxunma sayı : 88