Hüquq və İnsan Haqları İnstitutunun rəhbəri QHT-lərlə görüş keçirib
31 oktyabr tarixində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və İnstitutun əməkdaşları Azərbaycan Respublikasında hüquq və insan haqları sahəsində fəaliyyət göstərən yerli QHT-lərlə onlayn görüş keçirib.
Görüşdə M.Quluzadə QHT nümayəndələrini institutun nizamnaməsində qeyd olunan istiqamətlərlə yaxından tanış etmiş, gələcək planlara aydınlıq gətirmiş, institutun QHT-lərlə hansı istiqamətlərdə əməkdaşlıq edə biləcəyini diqqətə çatdırmışdır. Sədr bildirmişdir ki, İnstitut hüququn ayrı-ayrı sahələrində, o cümlədən insan hüquqları sahəsində elmi praktiki tövsiyə və şərhlərin hazırlanması, hüquqi maarifləndirmə sahəsində seminar və təlimlərin keçirilməsi, qanun layihələri üçün təkliflərin hazırlanması kimi vəzifələri yerinə yetirir.
Görüşdə QHT nümayəndələri qadın hüquqları və gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi və insan alveri qurbanlarının sosial müdafiəsi sahəsində qanunvericiliyi təkmilləşdirilməsinin önəmli olduğunu bildirmişlər. Həmçinin narkotik və psixotrop maddələrin qəbulu nəticəsində törədilmiş cinayətlərin sayının azaldılması istiqamətində işlərin görülməsinin vacibliyi vurğulanmışdır.
30-a yaxın QHT nümayəndəsinin və institutun şöbə müdirlərinin qatıldığı bu görüşdə QHT rəhbərlərindən Məleykə Əlizadə, Zaur İbrahimli, Cəsarət Hüseynzadə, Vafəddin İbayev, Rəsul Cəfərov, İradə Rzazadə, Məhəmməd İmanlı, Ziba Nəbiyeva və başqaları İnstitutla əməkdaşlıq etmək üçün maraqlı təkliflər səsləndirmiş və faydalı fikir mübadiləsi aparmışlar.
Dərc olunub : 31-10-2022
Oxunma sayı : 53