Mətnlər üzərində birgə işləmək mövzusunda təlim keçirilmişdir

Noyabrın 3-də Hüquq və İnsan Haqları İnstitutunda əməkdaşımız Anar Mustafayev tərəfindən "Word tətbiqində  mətnlər üzərində birgə işin aparılması və resenziya alətləri" mövzusunda təlim keçirilmişdir.

İnstitutun əməkdaşları üçün təşkil olunan təlimdə sənədlərin tələblərə uyğun formatlandırılması, sənədlər üzərində birgə işləmək üçün xüsusi vasitələrdən istifadə barədə məlumat verilmişdir. Sənədlər üzərində işləyərkən istifadə olunan vasitələr şərh edilmiş, mətndə düzəliş (redaktə və korrektə) etmək üçün zəruri olan alətlərin işləmə mexanizminə toxunulmuşdur.  Əməkdaşlar A.Mustafayevin təqdimatında faylların adlandırılması, mətnlərin qaydalara uyğun yığılması, onların üzərində müvafiq qeydlərin aparılması və həmçinin, iki və daha artıq mətnin müqayisə edilməsi qaydaları ilə əyani şəkildə tanış olmuşlar. Sonda təlim iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.




Dərc olunub : 2022-11-03 12:09:00
Oxunma sayı : 25