İctimaiyyətlə əlaqələr şöbələrinin 2019-cu il üçün hesabat iclası keçirildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarında fəaliyyət göstərən “İctimaiyyətlə əlaqələr” şöbələrinin 2019-cu il üçün hesabat iclası keçirilib.

İclas AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən təşkil olunmuşdur.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son dövrlərdə akademiyada aparılan köklü islahatlardan, tətbiq olunan yeniliklərdən söz açaraq bildirdi ki, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin yenidən təşkili ilə bağlı məqsədyönlü qərarlar verib, ciddi tədbirlər həyata keçirib.

Akademik qeyd etdi ki,  AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi ilə ölkənin kütləvi informasiya vasitələri arasında əlaqələr genişlənməli, Azərbaycan elminin ölkədə və dünyada təbliği istiqamətində işlər sürətlənməlidir. Alim beynəlxalq əlaqələrin təşkili və gücləndirilməsində mətbuatın rolunu xüsusi vurğulayaraq, İnternet saytlarının, qəzet və jurnalların siyasi-ideoloji cəhətdən aydın mövqe nümayiş etdirmələrinin zəruriliyini bildirdi.

Sonra İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov hesabatla çıxış edib. O, science.az veb-portalında yerləşdirilən xəbərlərin statistikasını təqdim edərək, hesabat ilində saytda 2300-ə yaxın xəbərin yerləşdirildiyini, həmçinin Elm Tv sektoru tərəfindən 900-dən çox videonun yayımlandığını bildirib. Daha sonra müxtəlif institutların İctimaiyyətlə əlaqələr şöbələrinin hesabatı dinlənilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, ictimaiyyətlə əlaqələr şöbələri arasında əlaqələrin, təşkilati işlərin yüksək səviyyədə qurulması ilə bağlı müvafiq qərarlar verilib.


Dərc olunub : 18-12-2019

Oxunma sayı : 12