Hüquq tədqiqatçımız respublika elmi konfransında məruzə ilə çıxış edib

Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı İlham Malik oğlu Əliyev AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Naxçıvan Muxtar Respublikası – 100 il: uğurlar və perspektivlər” mövzusunda keçirdiyi respublika elmi konfransında məruzə ilə çıxış edib.

İ.M.Əliyev “1920-1930-cu illərdə Naxçıvan MSSR-də hüquq-mühafizə orqanlarının fəaliyyəti”ni əhatə edən məruzəsində bildirib ki, “Stalin repressiyaları ziyalılarla yanaşı, milli mədəniyyətimizə də böyük itkilər vurub. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunub ki, Borşov 120-dən artıq, Markaryan və Qriqoryan soyadlı daşnaklar 100-ə qədər, Yemelyanov isə 39 cinayət işini saxtalaşdırıb. O dövrün qanunvericiliyində olan boşluqlar bu cinayətkarların özlərinin hüququn ədalətindən yayınmağına səbəb olub. Onlar Naxçıvan MSSR-in kənd və şəhərlərində, hüquq-mühafizə orqanlarında çalışan və kommunist partiyasının şər iradəsini həyata keçirən erməni soyadlı daşnaklar idilər”.

Məruzə, həmçinin, “Naxçıvan Muxtar Respublikası – 100 il: uğurlar və perspektivlər” adlı konfransın materiallar toplusunda da dərc olunub.




Dərc olunub : 2024-02-13 17:43:00
Oxunma sayı : 84