Hüquq və İnsan Haqları İnstitutu Milli İcra Strategiyası və Fəaliyyət Planı üzrə İşçi Qrupun iclasında təmsil olunub  

Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində 15-18 dekabr tarixlərində “İşçi Qrupun Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qətnamə və qərarlarının Azərbaycan Respublikası tərəfindən icra olunması üzrə Milli İcra Strategiyası və Fəaliyyət Planı” mövzusunda iclas keçirilib. 
İclasda Hüquq və İnsan Haqları İnstitutunu (İnstitut) İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və şöbənin mütəxəssisi Gülnaz Ələsgərova təmsil ediblər.
Strategiya və fəaliyyət planının müzakirəsi zamanı Vüsalə Muradxanlı İnstitutun müxtəlif dövlət qurumlarında Avropa İnsan Hüquqları Konvensiyasının ayrı-ayrı maddələri üzrə təlimlər təşkil etdiyini, İnstitutda daha geniş auditoriyalara təlimlərin keçirilməsi üçün peşəkar kadr potensialının mövcudluğunu, həmçinin AİHM-in qərarlarının icrası üçün İnstitutun hər zaman töhfə verməyə hazır olduğunu bildirib.




Dərc olunub : 2023-12-21 09:31:00
Oxunma sayı : 81