Hüquq və İnsan Haqları İnstitutunda cinayət cəzalarına dair yeni nəşrin təqdimatı keçirilib
Martın 12-də Hüquq və İnsan Haqları İnstitutunun Ekspert Şurasının üzvü, hüquqşünas alim Musa Hümbətovun müəllifi olduğu “Cinayət cəzaları, onların icrası, problemləri və həlli yolları” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru Əmir Əliyev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, həmçinin həmin kafedranın dosentləri Cabir Quliyev, Səkinəxanım Rzayeva və Məleykə Bayramova kitabın elmi və praktiki əhəmiyyətindən bəhs edərək, bu tədqiqatın cəza hüququ sahəsində aparılan araşdırmalar üçün faydalı mənbə olduğunu vurğulayıblar.
Bildirilib ki, kitabda Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi, habelə məhkumların cəmiyyətə reinteqrasiyasının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar geniş şəkildə təhlil olunub.
Sonda müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirərək, mövzu ətrafında səsləndirilən fikir və təkliflərin gələcək tədqiqatlar üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Dərc olunub : 12-03-2026
Oxunma sayı : 92