Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə yeni təyinat olub
Martın 4-də Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə yeni təyinat olub.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hüquq üzrə fəlsəfə doktoru Vəfaddin Ələm oğlu İbayevi sədr müavini vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və onu İnstitut əməkdaşlarına təqdim edib.
Qeyd edək ki, V.İbayev 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon Polis şöbələrində müstəntiq və baş müstəntiq vəzifələrində işləyib.
1998-2000-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində “Beynəlxalq hüquq məsələləri” şöbəsinin müdiri, 2022-ci ilin yanvar ayına kimi Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimi vəzifələrində çalışıb.
O, “Beynəlxalq humanitar hüquq”, “Beynəlxalq mülki proses”, “İşgəncələr qadağandır” kimi kitablar da daxil olmaqla, beynəlxalq hüquq və insan hüquqlarına aid 25 kitabın və 100-dən artıq elmi məqalənin müəllifidir.
Dərc olunub : 04-03-2024
Oxunma sayı : 214