Hüquqşünas alimlərin vahid elektron bazası yaradılır  

5 iyun 2024-cü il tarixində "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxs yerli hüquqşünas alimlərin vahid elektron məlumat bazasının yaradılmasına başlayıb. Bu məqsədlə ölkədə fəaliyyət göstərən ali məktəblərin hüquq fakültələrinə müraciət olunub.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin sözlərinə görə, hazırda ölkədə yüzlərlə hüquqşünas alimin olmasına baxmayaraq, onların haqqında vahid elektron məlumat bazası mövcud deyil. Belə bir bazanın olması qanunvericiliyin təkmilləşdirilməsinə, hüquq sahəsində tədqiqatların aparılmasına və ümumilikdə, hüquq elminin inkişafına ciddi töhfə verə bilər.

Hüquqşünas alimlərin vahid elektron məlumat bazasında onların haqqında zəruri məlumatlar, o cümlədən, elmi dərəcələri, ixtisas sahələri, yazdıqları əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər beynəlxalq reytinq göstəriciləri yer alacaqdır. Bazanın iyul ayında istifadəyə verilməsi gözlənilir.

 

Sorğuda iştirak etmək üçün linkə daxil ola bilərsiniz : https://forms.gle/xk9hFmfhtvqScBW3A

 


Dərc olunub : 05-06-2024

Oxunma sayı : 180