İdarə Heyətinin sədri Konstitusiya Məhkəməsinin təşkil etdiyi konfransda çıxış edib
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə mayın 3-də Konstitusiya Məhkəməsinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda təşkil etdiyi elmi-nəzəri konfransda çıxış edib.
M.Quluzadə İnstitutun insan haqları sahəsində həyata keçirdiyi yeni fəaliyyətlər barədə ətraflı məlumat verib. Həmçinin, İnstitutun saytında fəaliyyət göstərən “Hüquq və insan haqları virtual kitabxanası”nın uğurlarından bəhs edərək, hüquq jurnallarının vahid elektron axtarış bazasının yaradılacağını və insan hüquqlarına dair e-lüğətin yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İnstitutun bu istiqamətdə fəaliyyətini təqdirəlayiq hesab edərək, insan hüquqları üzrə e-lüğətin hüquqşünaslar üçün çox faydalı olacağını qeyd edib.
Konfransda Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin dekanı Mehmet Yüce, hüquq ictimaiyyətinin nümayəndələri və tanınmış alimlər iştirak ediblər.
Dərc olunub : 06-05-2024
Oxunma sayı : 84