İnstitutda Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunmuş təlim keçirilib

6 may 2023-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunun və Avropa Hüquq Tələbələri Assosiasiyasının (European Law Students Association) birgə təşkilatçılığı ilə “Mülki, cinayət və inzibati proseslərdə məhkəmə iclasının qaydaları” mövzusunda təlim keçirilib.Təlim türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunmuş XII Milli Məhkəmə Müsabiqəsi çərçivəsində reallaşıb.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlının təqdimatı ilə keçirilən təlimdə 35 nəfər gənc hüquqşünas iştirak edib.

Təlimdə iş üzrə məhkəmə baxışının prinsipləri, işə mahiyyəti üzrə baxılması, işə baxarkən birinci instansiya məhkəməsinin qərarları, iclasda veriləcək qərarların və nəticələrin qeydiyyatı, məhkəmənin təxirə salınması və başqa bu kimi mövzular təhlil edilib və geniş fikir mübadiləsi aparılıb.


Dərc olunub : 08-05-2023

Oxunma sayı : 59