İnstitutumuzun əməkdaşının “Süni intellektin tətbiqinin insan hüquqlarına təsiri” adlı məqaləsi dərc olunub

Hüquq və İnsan Haqları İnstitutunun hüquq tədqiqatçısı Aygün Ariflinin “Süni intellektin tətbiqinin insan hüquqlarına təsiri” adlı məqaləsi “Qanun” elmi hüquq jurnalının № 01 (351) 2024-cü il tarixli buraxılışında dərc olunub.

Məqalədə qeyd edilir ki, süni intellekt tərəfindən idarə olunan sistemlərin insan hüquqlarına təsiri BMT-nin qəbul etdiyi ən mühüm beynəlxalq sənədlərdə və regional insan hüquqları mexanizmləri prizmasından araşdırılıb. Eyni zamanda, süni intellektin fundamental insan hüquqlarının həyata keçirilməsinə necə təsir edə biləcəyi məsələləri öz əksini tapıb.  

Müəllif məqalədə insan hüquqları ilə bağlı tədqiqatlarda süni intellektin rolunu təhlil edir, onun tətbiqi zamanı meydana çıxacaq mübahisəli məsələlərin həlli üçün hərtərəfli araşdırmaların aparılmasını, o cümlədən süni intellektin tətbiqinin şəxsi həyata hörmət, bərabərliyin təmin olunması və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri çərçivəsində həyata keçirilməsini tövsiyə edir.




Dərc olunub : 2024-02-28 16:00:00
Oxunma sayı : 104