İnstitutumuzun rəhbəri Məhəmməd Quluzadə Məhkəmə-Hüquq Şurasına üzv seçildi

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Məhkəmə-Hüquq Şurasına üzv seçilib. 

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkili, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən və məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

MHŞ-nın tərkibilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

http://jlc.gov.az/mhs_terkibi.php

 




Dərc olunub : 2023-06-23 12:27:00
Oxunma sayı : 286