İnstitutun İdarə Heyətinin sədri Mərkəzi Seçki Komissiyasının sədr müavini ilə qurumlararası əməkdaşlıq məsələlərini müzakirə edib

Noyabrın 23-də İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımovla görüşüb.
Görüş zamanı MSK sədrinin müavininə İnstitutun fəaliyyəti barədə ətraflı məlumat verilib və qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin qurumlararası birgə layihə çərçivəsində dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququnun müxtəlif aspektləri və realizə qaydalarına dair layihə həyata keçirilməsi razılaşdırılıb. MSK-nın maarifləndirmə proqramı çərçivəsində gerçəkləşdirilən digər layihələr kimi, bu tədbirin də aşağı seçki komissiyaları üzvlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, onların seçki hüququ ilə bağlı biliklərinin artırılmasına töhfə verəcəyi qeyd olunub.




Dərc olunub : 2023-11-24 11:13:00
Oxunma sayı : 108