İnstitutun əməkdaşı ictimai dinləmədə iştirak edib

Noyabrın 4-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi (ANAMA) və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə təşkilatçılığı ilə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunu İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı təmsil edib.

İctimai dinləmə Azərbaycanın üzləşdiyi mina probleminin ətraf mühitə və sosial inkişafa yaratdığı maneələrin müzakirəsi və bu istiqamətdə birgə həll yollarına dair fikir mübadiləsinin aparılması məqsədilə təşkil edilib.

Tədbirdə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi ilə bağlı çətinliklər, mina partlayışları zamanı yaranan plastik tullantıların ekoloji fəsadlara səbəb olması, o cümlədən minaların insanların yaşamaq hüququna göstərdiyi təhdid və günahsız insanların mina terrorunun qurbanına çevrilməsi problemlərini aradan qaldırmaq yolları müzakirə edilib.

Sonda Minatəmizləmə Agentliyi tərəfindən mina təhlükəsi ilə mübarizə fəaliyyətini əks etdirən video çarx təqdim olunub.




Dərc olunub : 2023-11-04 16:57:00
Oxunma sayı : 72