İnstitutun əməkdaşları Avropa Şurasının təşkil etdiyi onlayn iclasda iştirak ediblər

20 noyabr 2023-cü il tarixində Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində “İşçi qrupun Avropa İnsan Hüquqları Məhkəməsinin qətnamə və qərarlarının Azərbaycan Respublikası tərəfindən icra olunması üzrə Milli İcra Strategiyası və Fəaliyyət Planı” mövzusunda onlayn iclas keçirilib.

İclasda Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə baş departamentinin şöbə rəhbəri Mahir Müşteidzadə, Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev açılış nitqi ilə çıxış ediblər.

Onlayn  tədbirdə İnstitutun İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov və İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı iştirak ediblər.

Müzakirələrdə Avropa Şurasının beynəlxalq məsləhətçiləri səmərəli qanunvericilik bazasının yaradılması, məhkəmə qərarlarının düzgün və vaxtında icra edilməsi, daxili nəzarətin təşkil edilməsi və digər mövzulara toxunublar.

      

 




Dərc olunub : 2023-11-21 16:23:00
Oxunma sayı : 96