İnstitutun rəhbəri 2024-cü ildə əməkdaşlarla ilk görüşünü keçirib

Yanvarın 9-da Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitutun əməkdaşları ilə 2024-cü ilin ilk görüşünü keçirib. 2023-cü ilin yekunlarına həsr olunmuş yığıncaqda ötən ilin hesabatı qısa formatda iştirakçıların diqqətinə çatdırılıb, habelə qarşıda duran plan və hədəflər barədə ətraflı məlumat verilib. 
 “İnstitutun əməkdaşlarının peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə keçən il 11 təlim və 27 təqdimat keçirilmiş, müxtəlif dövlət qurumlarının 700-dən çox əməkdaş və nümayəndəsi üçün təlimlər təşkil olunmuş, 50-dək normativ hüquqi aktın ekspertizası aparılmış,  həmçinin qadın cəzaçəkmə müəssisəsində oflayn insan hüquqları kitabxanası yaradılmışdır”, - bu məlumatları M.Quluzadə çıxışında bildirib. Eyni zamanda, onu da diqqətə çatdırıb ki, İnstitutun may ayında fəaliyyətə başlayan virtual kitabxanasının nəşrlərinin yüklənmə göstəricisi artıq 70 mini keçib. 
İdarə Heyətinin sədri tərəfindən İnstitutun yeni əməkdaşları kollektivə təqdim olunub.  
Sonda İnstitutun rəhbərliyi yeni iş ilində bütün əməkdaşlara uğurlar və səmərəli iş arzulayıb, həmçinin müvafiq tövsiyə və tapşırıqlar verib. 




Dərc olunub : 2024-01-10 16:48:00
Oxunma sayı : 188