İnstitutun rəhbəri Ali Məhkəmənin Elmi-məsləhət şurasına üzv seçilib
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 19 may tarixli qərarı ilə Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının 12 nəfərdən ibarət yeni tərkibinin siyahısı açıqlanıb.
Elmi-məsləhət şurasının yeni seçilmiş tərkibinin sıralarında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin adı da yer alıb.
Qeyd edək ki, Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi araşdırmanın aparılması və təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən ibarətdir.
Dərc olunub : 05-06-2023
Oxunma sayı : 184