İnstitutun rəhbəri Avropa İnsan Hüquqları Konvensiyasının 70 illiyinə həsr olunmuş konfransda iştirak edib

Noyabrın 17-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin və Avropa Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr edilmiş konfransda beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin deputatları, məhkəmə-hüquq sahəsinin nümayəndələri və hüquqşünas tələbələr bir araya gəlib.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin rəhbəri Petr Zix, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov, Milli Məclisin deputatlarından Bəhruz Məhərrəmov və Kamal Cəfərov, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov, Avropa Şurası Katibliyinin baş hüquqşünası Xəqani Quliyev, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev və başqaları iştirak ediblər.  

Konfransda Аzərbаycаnın Аvrоpа Şurаsı qаrşısındа götürdüyü öhdəliklər, insan hüquqları sahəsində aparılan islahatlar və onların müsbət nəticələri barədə müzakirələr aparılıb. Eyni zamanda, İnstitut tərəfindən polislər və ədliyyə əməkdaşları üçün keçirilən Avropa Konvensiyasının maddələrinə dair təlimlərin əhəmiyyəti vurğulanıb.  

 




Dərc olunub : 2023-11-17 12:02:00
Oxunma sayı : 83