İnstitutun rəhbəri Konstitusiya Məhkəməsinin keçirdiyi konfransda çıxış edib

Aprelin 19-da Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda İnstitutumuzun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov və Hüquqi tədqiqat şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən İlham Əliyev iştirak edib.

İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Məcburi köçkünlərin mülkiyyət tələblərinə dair beynəlxalq praktika” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə BMT-nin ad hoc təsisatları və digər qurumları çərçivəsində Qərbi Azərbaycanlıların mülkiyyət tələblərinin araşdırılması mümkünlüyü, eləcə də Bosniya və Herseqovina üzrə yaradılmış Dayton Komissiyası, İran-ABŞ Tələblər Tribunalı, İraq-Kuveyt münaqişəsi üzrə BMT Təzminat Komissiyasının təcrübəsi barədə məlumat verilmiş və bu məsələdə ölkəmizin gələcək strategiyasına dair mülahizələr səsləndirimişdir.


Dərc olunub : 20-04-2023

Oxunma sayı : 90