İşə qəbul üçün müsabiqə elan edilir
“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs tərəfindən
işə qəbul üçün müsabiqə elan edilir
İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Struktur bölmə: İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi
Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
· hüquqi maarifləndirmə işinin aparılmasında iştirak edir;
· Azərbaycan Respublikasında hüquqi şüurun formalaşdırılmasında iştirak edir;
· insan hüquqlarının beynəlxalq müdafiəsi mexanizmlərinin fəaliyyət təcrübəsini öyrənir və təşviq edir;
· dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirir;
· hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün insan hüquqlarının problem məsələləri ilə bağlı təlimlər təşkil edir və keçirir;
· hüquqşünas məzunların stajorluq əsasında təcrübi vərdişlər mənimsəməsinə yardım edir;
· qanun layihələrinin insan haqları prizmasından ekspertizasının keçirilməsində və rəy hazırlanmasında iştirak edir.
Vəzifə:Təlimçi - ekspert
Vəzifə öhdəlikləri:
· Hüquq, o cümlədən insan hüquqları sahəsində təlim modulları hazırlamaq;
· dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsi üçün müvafiq sahədə təlimlər keçmək;
· hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün müvafiq sahədə təlimlər keçmək;
· müasir rəqəmsal texnoloji həll imkanlardan istifadə etməklə müvafiq sahədə distant təlimlər keçmək;
· dinləyicilərin biliklərinin qiymətləndirilməsi metodikasını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətində metodiki və təşkilati işlər görmək;
· təlim tələbatının öyrənilməsi istiqamətində təkliflər hazırlanmasında iştirak etmək;
· dinləyicilərin təlim materialları (dərs vəsaitləri, kurs materialları, metodiki göstərişlər, mühazirələr, praktikumlar) ilə təmin edilməsində iştirak etmək;
· hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasında iştirak etmək, bu məqsədlə materiallar hazırlamaq;
· qanun layihələrinin insan haqları prizmasından ekspertizasının keçirilməsində və rəy hazırlanmasında iştirak etmək;
· beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının müvafiq hüquq və qanunvericilik sahələri üzrə, xüsusən də Azərbaycanla bağlı qərar və hesabatlarını mütəmadi izləmək və müvafiq arayışlar hazırlamaq;
· müvafiq hüquq sahələri üzrə hazırlanan hüquqi akt layihələrinin və qüvvədə olan hüquqi aktların tənzimləyici təsirinin qiymətləndirilməsinə dəstək vermək;
· şöbəyə daxil olan müraciətlərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq.
Namizədə olan tələblər:Hüquqşünaslıq ixtisası üzrə ali təhsil, ixtisas üzrə 3 ildən az olmayan əmək stajı və 3 ildən az olmayaraq müvafiq sahədə təlim keçmə.
Dil bilikləri: Azərbaycan dili (ingilis dili B 2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır);
Kompüter biliklərinə dair tələblər:
· MS Office proqramlarından istifadə - yaxşı səviyyə;
· İnternetdən istifadə - yaxşı səviyyə;
· Microsoft Office PowerPoint proqramı ilə slayd hazırlamaq.
Şəxsi xüsusiyyətlər:
· hüquq sahəsində təlim keçmə bacarığı;
· məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq;
· yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
· təşəbbüskarlıq;
· zamanı effektiv idarəetmə bacarığı.
Digər məlumatlar:
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 08 sentyabr 2023-cü il (saat 15:00-dək) tarixinədək info@lhri.az email-nə göndərilməlidir.
Dərc olunub : 2023-08-31 14:29:00
Oxunma sayı : 191