İtaliyanın Deputatlar Palatasının nümayəndə heyəti Hüquq və İnsan Haqları İnstitutunda olub
İyulun 2-də İtaliya Respublikası Deputatlar Palatasının Konstitusiya, Şura Sədrliyi və Daxili İşlər Məsələləri Komitəsinin sədri Nazario Paqanonun rəhbərlik etdiyi nümayəndə heyəti Hüquq və İnsan Haqları İnstitutunda olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan ilə İtaliya arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf dinamikası, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi istiqamətində görülən işlər barədə müzakirələr aparılıb. Görüş çərçivəsində nümayəndə heyəti İnstitutun hüquqi maarifləndirmə fəaliyyəti, beynəlxalq layihələri və insan hüquqlarının təşviqi istiqamətində həyata keçirdiyi rəqəmsal təşəbbüslərlə tanış olub. Eyni zamanda, tərəflər birgə layihələrin icrası və institusional əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Dərc olunub : 02-07-2026
Oxunma sayı : 57