AMEA İnsan hüquqları İnstitutu və Rövşən Mustafayev adına beynəlxalq fond İnstitutun 15 illik yubileyi münasibətilə müsabiqə elan edir

Müsabiqənin keçirilməsində başlıca məqsəd AMEA İnsan Hüquqları İnstitutunun Azərbaycan Respublikasının hüquqi və demokratik inkişaf  yoluna dəstək vermək, insan hüquqları sahəsində uğurlu araşdırmaları və nəticələri ilə fərqlənən gəncləri üzə çıxardıb onlara səmərəli şərait yaratmaqdır.

Müsabiqə Insan Hüquqları İnstitutunun Elmi Şurası tərəfindən qiymətləndiriləcək. Müsabiqədə iştirak etmək üçün namizədlər öz məqalələrini və şəxsi əlaqə vasitələrini iyulun30-na kimi  aşağıdakı istiqamətlər üzrə AMEA İnsan Hüquqları İnstitutuna təqdim edə və ya elektron ünvana (info@ihr-az.org) göndərə bilərlər.

Müsabiqəyə  aşağıdakı ikiistiqamətüzrə məqalələr qəbul olunur:

1.  “Qloballaşma dövründə insan hüquqları”

2.  “Dağlıq Qarabağ münaqişəsi: pozulmuş hüquqlar”

Müsabiqədə birinci,  ikinci və üçüncü yer  üçün müvəffəqiyyət qazanmış şəxslərə müvafiq olaraq 1000AZN, 800 AZN və 500 AZN məbləğində pul mükafatı veriləcək. Həmçinin qaliblər  İnstitutun 15 illiyi münasibətilə hazırlanmış buklet  və  diplomla da təltif olunacaq.

Müsabiqəyə  namizədlər tərəfindən təqdim edilmiş bütün məqalələr toplu şəklində dərc ediləcək.

31 yanvar 2013 il tarixdə Elm qazetində verilmiş elan qüvvəsini itirmiş hesab edilir.

Ünvan:1143, Azərbaycan, Bakı, H.Cavid pros., 31 (Akademiya şəhərciyi)

Telefon:+ (994 12) 537 20 80; 537 20 73

Fax:  + (994 12) 537 20 79

Email: info@ihr-az.org

Sayt: www.ihr-az.org

 




Dərc olunub : 2013-01-28 09:38:00
Oxunma sayı : 4