Əməkdaşlarımız V Beynəlxalq Sosial Humanitar və Təhsil Elmləri konqresində iştirak edib

19-20 dekabr 2019-cu il tarixlərində İstanbul şəhərində (Türkiyə) Marmara Universitetinin Kommunikasiya fakültəsinin professoru Giray Saynur Dermanının rəhbərliyi ilə V Beynəlxalq Sosial Humanitar və Təhsil Elmləri konqresi təşkil olunmuşdur. Konqresdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini, f.e.d., professor Lalə Əhmədova və institutun elmi katibi, h.ü.f.d. Samirə Qaramollayeva təmsil edib.
F.e.d., professor Lalə Əhmədova “Engellilerin haklari, topluma adaptasyonu ve entegrasyonu: dünya deneyimi, mevcut sorunlar ve çözümü yollari” adlı məruzə ilə plenar iclasda açılış nitqi iıə çıxış edərək, dünyanın ayrı-ayrı yerlərində və ölkəmizdə əlillərin vəziyyəti və onların qarşılaşdığı problemlərdən bəhs etmiş, bu məsələyə öz təkliflərini vermişdir.
H.ü.f.d. Samirə Qaramollayeva “The Challenges social integration of person with disability in Azerbaijan: role of infrastructure” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanda əlillərin inteqrasiya problemindən və mövcud infrastrukturun rolu xüsusilə qeyd edilib.
Konqresin sonunda Lalə Əhmədovaya və Samirə Qaramollayevaya müvafiq sertifikatlar verilmişdir.


Dərc olunub : 19-12-2019

Oxunma sayı : 0