Qazaxıstan və Azərbaycan: Qarabağ müharibəsindən sonra iki ölkə arasında münasibətlər necə inkişaf edəcək?

İkinci Qarabağ müharibəsində qələbədən sonra Azərbaycan özünü yeni reallıqlarda tapıb. Türkiyə və İrana açılan nəqliyyat dəhlizləri Bakının təkcə Orta Şərq və Qafqaz ölkələri, o cümlədən Ermənistanla deyil, həm də Orta Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək üçün planlar qurmasına imkan verib.
Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti, tədqiqatçı-alim Rizvan Hüseynov “Central Asia: Cronos” analitik-informasiya agentliyinə verdiyi müsahibədə səsləndirilib.
Qeyd olunub ki, Qazaxıstanı və Azərbaycanı qarşılıqlı faydalı əməkdaşlıq üçün ortaq tarix və strategiya birləşdirir. Böyük İpək Yolunda olmağımızı ölkələrimiz üçün tranzit komponentinin ən vacib cəhətlərindən biri kimi dəyərləndirir.
Müsahibənin videoyazısına linkə daxil olmaqla baxa bilərsiniz.


Dərc olunub : 14-03-2021

Oxunma sayı : 2