Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr

Ölkəmizdə insanların konstitusiya ilə təmin olunan hüquq və azadlıqlarının qorunması dövlətin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. 

Bu proqramdan irəli gələrək, mayın 2-də “Avropa” otelində 5 May  - Əlilliyi olan insanların hüquqlarının müdafiəsi Gününə həsr olunmuş “Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilmişdir. Tədbir AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman), Azərbaycan Əlil Təşkilatları İttifaqının, ABA CEELI və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə keçirilmişdir.



Dərc olunub : 2012-05-10 15:45:00
Oxunma sayı : 21