Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı məlumat sessiyası keçirilib

Hüquq və İnsan Haqları İnstitutu martın 14-də "Əlilliyi olan şəxslərin hüquqları" mövzusunda onlayn məlumat sessiyası təşkil edib.

24 İctimai birlik nümayəndəsinin iştirakı ilə  keçirilən tədbirdə, fiziki məhdudiyyətli şəxslərlə bağlı əsas anlayışlar, müvafiq qanunvericilik aktları, həmçinin əlilliyi olan şəxslərin hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi ilə bağlı sənədlər və müxtəlif ölkələrin təcrübələri müzakirə olunub.

İnstitutun təlimçi-eksperti Heydər Həsən oğlu Əliyev tərəfindən keçirilən sessiyada, milli hüquqi çərçivə daxilində əlilliyi olan şəxslərin sosial müdafiə və pensiya hüquqları, təhsil və məşğulluq hüquqları, habelə onların nəqliyyata və digər infrastruktur təminatına əlçatanlığı kimi məsələlərə toxunulub. 

Bundan əlavə, əlilliyi olan şəxslərin hüquqlarının beynəlxalq və milli səviyyədə müdafiəsi, şikayət mexanizmləri, BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası və AİHM-nin qərarlarında əlilliyi olan şəxslərlə bağlı presedent hüquqlar geniş müzakirə olunub.


Dərc olunub : 14-03-2025

Oxunma sayı : 48