Məhəmməd Quluzadənin "Xalq qəzeti"ndə məqaləsi dərc edilib

"Xalq qəzeti"nin 07 aprel 2023-cü il tarixli buraxılışında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin “Beynəlxalq hüquq Qərbi Azərbaycana Qayıdışa təminat yaradır” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə qeyd edilir ki, hazırda dünyada mülkiyyət hüququnun təmin edilməsi məqsədilə bir sıra sənədlər və mexanizmlər mövcuddur. Bu sənədlərdən biri də BMT-nin iqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası prinsipləridir. BMT-nin xüsusi məruzəçisi P.Pinheironun şərəfinə “Pinheiro prinsipləri” adlandırılan bu prinsiplərin ayrı-ayrı maddələrinə müəllif tərəfindən aydınlıq gətirilir və bu Prinsiplərin Qərbi azərbaycanlıların mülkiyyət hüququ məsələsinə yaratdığı imkanlar təhlil edilir.

 

    - Məqaləni daha ətraflı oxumaq üçün linkə keçid edin.


Dərc olunub : 10-04-2023

Oxunma sayı : 146