Məhbusların hüquqlarının qorunması üzrə təlimlər Salyan, Gəncə və Şəki şəhərlərində davam etdirilib
2024-cü ilin iyun ayında Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə Salyan rayonunun 5 saylı Cəzaçəkmə Müəssisəsində, Gəncə şəhərinin 2 saylı İstintaq Təcridxanasında və Şəki Penitensiar Müəssisəsində təlimlər təşkil edib.
Təlimlər insan hüquqlarının qorunması və məhkumlarla davranış qaydalarına riayət olunması istiqamətində Penitensiar Xidmətin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə keçirilib.
İnstitutun və Penitensiar Xidmətin təlimçiləri Salyan, Gəncə və Şəki şəhərlərində Xidmətin 62 əməkdaşına “Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş məhbusların hüquqları”, “BMT-nin Məhbuslarla rəftarın minimal standart qaydaları” və “İşgəncələrə Qarşı Avropa Komitəsinin standartları” mövzularında təlimlər keçiblər.
Dərc olunub : 21-06-2024
Oxunma sayı : 104