Əməkdaşımız Avropa Şurasının layihə üzrə Rəhbər Komitəsinin görüşündə İnstitutu təmsil edib

İyulun 11-də Avropa Şurasının təşkilatçılığı ilə “Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi - PRO-M-FEX” layihəsinin Rəhbər Komitəsinin görüşü keçirilib. Görüşdə Hüquq və İnsan Haqları İnstitutunu Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev təmsil edib. 

 

Tədbir media peşəkarlığının artırılması ilə yanaşı, milli qanunvericilik və onun tətbiqini gücləndirməklə Azərbaycanda media və informasiya mühitinin yaxşılaşdırılması məqsədilə keçirilib.

 

Tədbir çərçivəsində “Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığı” layihəsinin qısa təqdimatı və icra dövründə əldə etdiyi nəticələr iştirakçılara təqdim olunub. Həmçinin tədbirdə Azərbaycan Universitetlərinin jurnalistika fakültələri üçün hazırlanmış konflikt jurnalistikası kurikulumunun qısa təqdimatı da keçirilib.

 

Auditoriya üçün media bacarıqlarının artırılması istiqamətində konflikt jurnalistikası, media və informasiya savadlılığı, dezinformasiya ilə mübarizə, sosial və siyasi hadisələrin işıqlandırılması zamanı etik prinsiplərin qorunması, o cümlədən, formal və qeyri-formal təhsil mövzuları üzrə təqdimatlar nümayiş olunub.




Dərc olunub : 2023-07-11 16:24:00
Oxunma sayı : 112